17 mart 2012 00:01
Zaur Ramazanov: Bu uğursuzluqlar oyunçulara pis təsir edirdi
“Xəzər Lənkəran”ın sabiq hücumçusu, hazırda bu komandada seleksiyaçı-məşqçi funksiyasını yerinə yetirən Zaur Ramazanov Cüneyt Biçərin Yunis Hüseynovla əvəzlənməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran” həmişə öz oyununu oynayır, qələbə qazanmağa çalışır. Amma bəzi vacib matçlarda son nöqtəni qoymaq alınmırdı. Son dövrlərdə komanda “Qəbələ”yə, “Qarabağ”a, “İnter”ə uduzdu. Bir növ taktika komandanı pis vəziyyətdə qoyurdu, özünü doğrultmurdu. Bəzi uğursuz nəticələr futbolçulara da pis təsir edirdi. Buna görə də məşqçilər korpusunda dəyişiklik etmək qərarına gəlindi. Bu, məşqçinin taleyidi”.