17 mart 2012 00:11
Raab: İstənilən halda meydana qələbə üçün çıxacağıq
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 24-cü turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun olacaq. Eyni zamanda bizim üçün çox vacib bir qarşılaşmadı. “Rəvan”la son oyunda mən öz komandamdan razı qalmamışdım. Çünki onlar meydanda tam gücləriylə mübarizə aparmırdılar. Mən belə hesab edirəm. Buna görə də “Kəpəz”lə oyunda maksimum güc sərf etməliyik. Gəncə stadionunun qazonunun həmişə pis vəziyyətdə olması heç də yaxşı hal deyil. Bu, futbolçulara çətinlik yaradır. Amma biz istənilən halda meydana qələbə üçün çıxacağıq”.
