16 mart 2012 11:40

Rəşad Sadıqov: Bu, təkcə bizə çətinlik yaratmır

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqadakı və kubokdakı çıxışından danışıb, şanslarını dəyərləndirib.
 
- “Qəbələ” ilə kubok oyununuz heç də asan alınmadı...
- “Qəbələ” ilə səfər oyunları həmişə ağır olur. Bu dəfəki oyun da istisna olmadı. Biz meydanda maraqlı və gərgin mübarizənin şahidi olduq. Hər iki komanda əsasən taktiki oyuna və intizama üstünlük verirdi. Elə hiss olunurdu ki, meydanda futbolçular yox, məşqçilər oynayır. Yəni həm Qurban Qurbanov, həm də Fatih Kavlak öz taktiki gedişləri ilə oyunda öz təsirlərini göstərdilər. Sonda heç-heçə oldu. Bunu görüş üçün ədalətli nəticə hesab edirəm.
 
- Amma heç-heçə rəqibdən daha çox sizin xeyrinizədi...
- Bir oyunla mərhələ keçmək olmur. Qarşıda daha bir 90 dəqiqə var. Bilirik ki, cavab oyunu da ilk matç kimi çətin olacaq. Amma təkcə bizim üçün yox, həm də rəqib üçün.
 
- Bu oyun həm də Vaqif Cavadovun uzun müddətdən sonra “Qarabağ”da rəsmən debüt etməsi ilə yadda qaldı...
- Bu, həm komanda, həm də Vaqifin özü üçün yaxşı faktdı. Vaqif bizim üçün kənar adam deyil. O, uzun müddət “Qarabağ”da çıxış edib. Sevindiricidi ki, nəhayət yenidən Azərbaycan çempionatında oynamaq hüququ qazandı. Vaqif həmin oyunda özünü yaxşı tərəfdən göstərə bildi.
 
- Rəşad Sadiqovla Maksim Medvedev də zədəsini sağaldaraq sıraya dönüb. Onların çıxışı ilə bağlı nə deyə bilərsiz?
- Əlbəttə, zədədən dərhal sonra əla oyun sərgiləmək alınmır. Amma onların pis oynadığını da deməzdim. Məsələn, Maksim “Xəzər Lənkəran”la oyunda sıraya döndü, amma çox yaxşı təsir bağışladı. Rəşadda da xoşagəlməz zədədi. Lakin o da artıq oynaya bilər. Bu da bütün komanda üçün vacib amildi.
 
- Bir həftəyə üç oyun ağır qrafik deyil ki?
- Biz artıq bir neçə oyunumuzu məhz belə ağır qrafikdə oynamalı olacağıq. Əlbəttə, yorğunluq hiss olunur. Amma bu, təkcə bizə çətinlik yaratmır. Digər komandalar da eyni qrafik altında çıxış edirlər. Sadəcə, bizdə heyətin çoxu milli üzvləri olduğundan yorğunluq daha çox hiss olunur.
 
- Həftəsonu Premyer Liqada yenə ardıcıl olaraq “Qəbələ” ilə oynamalı olacaqsız...
- Görünür, bu, bəxtdi. Futbolda belə hallar olur. Məsələn, İspaniyada da “Real”la “Barcelona” iki həftə ərzində dörd oyun keçirdi. Əlbəttə, çətin olacaq.
 
- Düşünmürsüz ki, qəbələlilər artıq sizin oyun üslubunuza alışdığı üçün üstünlük əldə edə bilər?
- Biz onların oyun üslubuna necə öyrəşdiksə, onlar da eyni üstünlüyə malikdilər. İstəsən də, istəməsən də, bu, olur.
 
- Komandanın qarşısına əsas gücü kuboka, ya çempionata ayırmaq hədəfi qoyulmayıb?
- Qarşımızda heç bir hədəf qoyulmayıb. Yalnız qarşıdakı oyunu qazanmaq hədəfi var. Bütün fikirlərimiz bu oyuna yönəlib. Qarşıda bizi “Qəbələ” ilə iki çətin oyun gözləyir. Onlara hazır olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.