16 mart 2012 15:55
Azərbaycan Moldova üzərində darmadağına sevindi (YENİLƏNİB)
17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirili. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Moldova millisi olub.
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilən oyun yığmamız üçün uğurlu alınıb. Sissi Raytın yetirmələri 4 cavabsız qolla qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında martın 18-də daha bir sınaq matçı baş tutacaq. Həmin oyun isə saat 13:00-da start götürəcək.
Yoldaşlıq oyunu
16 mart
Azərbaycan - Moldova - 4:0 (2:0)
18. Yığmamız hesabı açır - 1:0
21. Futbolçularımız rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edirlər - 2:0
64. Millimiz hesabı darmadağın həddinə çatdırır - 3:0
70. Komadamızdan dördüncü qol - 4:0
