16 mart 2012 11:54
Bakı-2020-yə daha bir dəstək
Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyinə namizədliyini dəstəkləmək üçün ölkə miqyaslı kampaniyaya başlanılıb. Azerisport.az xəbər verir ki, kampaniya çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları regionlara səfər edəcəklər.
ATGTİ-nin mətbuat katibliyindən AzərTAc-a bildirilir ki, gənclər səfər zamanı əhaliyə Olimpiya hərəkatı haqqında məlumat verəcək, eləcə də Bakının Olimpiya oyunlarına namizədliyinə dəstək olmaq üçün onları imza verməyə dəvət edəcəklər.
Eyni zamanda, kampaniya martın 31-dək paytaxtın ticarət mərkəzlərində, mərkəzi meydanlarında, ali və orta ixtisas təhsil müəssisələrində də keçiriləcək.
