16 mart 2012 00:03
Barcelonalı futbolçunun qara ciyəri dəyişdiriləcək
Bir il əvvəl qara ciyərindəki şiş səbəbi ilə əməliyyat olunan İspaniyanın “Barcelona” klubunun futbolçusu Erik Abidalın bu orqanı dəyişdiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir ki, 17 mart 2011-ci ildə əməliyyat olunan futbolçunu yenidən həkimlər nəzarətə götürüb. Qarşıdakı günlərdə futbolçuya qara ciyər köçürüləcək.
