17 mart 2012 19:30
Millimizin forvardı 26 dəqiqə oynadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkara bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə çempionatının 31-ci turu çərçivəsində “Orduspor” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma meydanda keçirilib. Bu üzdən də meydan sahibləri matçdan mütləq qalib ayrılmağı hədəfləmişdilər. Lakin Kayseri təmsilçisi bunu bacarmayıb. Qarşılaşma heç-heçə bitibi.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana da şans verib. Futbolçumuz adəti üzrə yenə meydana sonradan çıxıb. Belə ki, Özkara 64-cü dəqiqədə Milan Çernini əvəzləyib.
Qeyd edək ki, “Sivasspor” hazırda 31 oyundan sonra 44 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Orduspor” isə 40 xalla onuncudu.
Türkiyə Super Liqası
31-ci tur
17 mart
Sivasspor - Orduspor - 1:1
Qollar: Eneramo, 23 - Xavito, 34.
