17 mart 2012 15:17
Zaur Ramazanov: Onlar Lənkərandan xalsız dönəcəklər
“Xəzər Lənkəran”ın seleksiyaçı-məşqçisi Zaur Ramazanov azerisport.az saytına müsahibəsində komandasının son dövrlərdəki çıxışından, eləcə də baş məşqçi dəyişikliyindən danışıb.
- Yunis Hüseynovun baş məşqçi postuna gətirilməsini necə qarşıladınız?
- Lənkəranda işləmək ona çətin olacaq. Onun üçün hər cür şərait yaradılacaq, amma çox şey tələb olunacaq. İndi çempionat sona yaxınlaşır. Komandanı toparlamaq lazımdı. Hər şeyi zaman göstərəcək. Hər halda hədəflər olduğu kimi qalmaqdadı. Biz həm çempionatda, həm də kubokda uğur qazana bilərik. Hər şey oyunumuzdan asılıdı.

- Hüseynovun uzun müddət futboldan kənarda olması problem yarada bilər?
- Ona çoxlu iş təklifləri olurdu. Amma ambisiyalı, qarşılarında ciddi hədəfləri olmadığı üçün həmin klublara hə deyə bilmirdi. Bildiyimə görə hətta ölkə xaricindən də təklif alıb, amma razılaşmayıb. “Xəzər Lənkəran”da iş görmək üçün ideal şərait var: əla heyət, stadion, baza. İşləmək lazımdı.

- Nələrisə dəyişməyə ehtiyac var?
- Dəyişikliklər olacaq. Yunis Hüseynov işini bilən mütəxəssisdi. O, hər halda nə dəyişiklik lazımdısa, edəcək. Hazırda hamı ona inanır. Azarkeşlər də baş məşqçini dəstəkləməlidilər. Bu, ona çox kömək edəcək.

- “Bakı” ilə qarşıdan gələn oyun barədə nə deyərdiniz?
- Fikrimcə, bu komandaya qalib gəlmək üçün yaxşı şanslarımız var. Yeganə məqam ondan ibarətdi ki, bu komandadan dəqiq baş açmaq olmur. Onlar gah yaxşı oynayırlar, gah da çoxlu səhvlər buraxırlar. Sabit komanda deyil. Əgər biz öz oyunumuzu sərgiləyə bilsək, onlar Lənkərandan xalsız dönəcəklər.

- Əvvəllər seleksiyaçı-məşqçi idiniz, indi isə Yunis Hüseynovun köməkçisi olacaqsız...
- Apreldən B kateqoriyalı məşqçi kurslarına getməyi planlaşdırıram. Hüseynovun yanında çalışmaqla da çox şey öyrənə bilərəm.
- Sizcə, Cüneyt Biçərdə niyə alınmadı?
- Onun keçmiş xidmətlərini unutmaq olmaz. Biçər komandanın oyununu yaxşı mənada dəyişə bilmişdi. O, kollektiv ruhunu da formalaşdırmağı bacardı. Amma hər bir insan vəzifəsindən gedə bilər. Məşqçi taleyi belədi. Görünür, “İnter”ə məğlubiyyət azarkeşlərə pis təsir etmişdi. Lənkəranda işləmək çox çətindi. Bunu hamı bilir.