17 mart 2012 15:38
Novruz Əzimovdan təxirəsalmaya etiraz
“Bakı”nın baş məşqçisi əvəzi Novruz Əzimov “Xəzər Lənkəran”la Premyer Liqanın 24-cü turunun səfərdə keçiriləcək oyununun təxirə salınma ehtimalına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran” rəsmilərinin bu barədə bizi məlumatlandırmamasını başa düşə bilmirəm. Bizim nümayəndəmiz orda olub və bildirir ki, qazon qarla örtülməyib. İstənilən halda matç təxirə salınsa, bizə daha iki gün burda qalmaq lazım gələcək”.
