17 mart 2012 15:52
PFL də açıqladı: XL – Bakı oyunu bir gün sonraya keçirildi
Sabah keçirilməli olan Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran” – “Bakı” oyunu təyin olunan vaxtda baş tutmayacaq. Azerisport.az xəbər verir ki, Lənkəran şəhər stadionu qar altında qaldığından matç bir gün sonraya keçirilib.
Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir ki, ölkə ərazisində hökm sürən kəskin hava şəraiti ilə əlaqədar olaraq “Xəzər Lənkəran” – “Bakı” matçı martın 19-da keçiriləcək və saat 17:00-da başlayacaq.
