17 mart 2012 18:08
Neftçi son dəqiqədə yıxıldı, Qarabağ uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 24-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.
"Qarabağ" "Rəvan"ı qəbul edib. Məhsuldar alınan qarşılaşmada qələbə qonaqlara qismət olub. AZAL "Bakı" ilə üz-üzə gəlib. Bu klubların da duelindən qonaqlar qalib ayrılıblar. "İnter" - "Kəpəz" görüşündə tərəflər 1 qolla 1 xala sahib çıxıblar. "Qəbələ" isə "Neftçi" ilə ev oyununda son dəqiqələrdə vurduğu qol sayəsində qələbə qazanıb.
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi.
Əvəzedicilərin çempionatı
24-cü tur
17 mart (şənbə)
Qarabağ - Rəvan – 2:3
Qollar: Elmin Əlizadə, 25, Kamil Xanıyev, 40 - Rüfət Cəlilov, 9, Ceyhun Abdullayev, 21, Sergey Çernışev, 23.
Hakimlər: Səbayel Qurbanova, Maya Nəbiyeva, Ülviyyə Mustafayeva, Mariya Qasımova.
Bakı. Şəfa" stadionu, 4-cü meydança.
AZAL – Bakı – 0:1
Qol: Vasif Rzayev, 78.
Hakimlər: Fərid Məmmədov, Eyyub İbrahimov, Hüseyn Əsgərov, Elçin Qasımov.
Bakı. AZAL Arena.
İnter - Kəpəz – 1:1
Qollar: Fuad Bayramov. 79 - Emin Əliyev, 34
Hakimlər: Rəşad Əhmədov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Mahir Məmmədov.
Bakı. "Şəfa" stadionu.
Qəbələ - Neftçi – 1:0
Qol: Rəşid Əmiraslanov, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Həsən Babayev, Elxan Əsgərzadə, Anar Fərəcov.
Qəbələ. Şəhər stadionu (süni örtüklü meydança).
1
24
16
4
4
58-29
52
