17 mart 2012 18:56
Əsgər Abdullayev: Bu, nəticəsini verdi
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 24-cü turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyunun çətin keçəcəyini bilirdik. Turnir cədvəlində vəziyyətimiz gərgindi. Bizim üçün qazanılan bir xal da önəmlidi. Oyunçumuzun qırmızı vərəqə almasına baxmayaraq, orta xətt oyunçusunu hücumçu ilə əvəz etdim, bu da nəticəsini verdi, hesabı bərabərləşdirə bildik. Bundan sonrakı oyunlara da final oyunu kimi çıxacağıq, sona kimi mübarizə aparacağıq”.
