17 mart 2012 19:00
Georgi Çixradze debüt matçından danışdı
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 24-cü turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı onun debüt etdiyi və komandasının 1:1 hesablı heç-heçəyə nail olduğu qələbə qazandığı məğlub olduğu görüşdən sonra bunları dilə gətirib
“Turan”ın oyununu yaxşı analiz etmişdik. Gərgin oyun alındı. Rəqibimiz kimi bizim də turnir cədvəli baxımından vəziyyətimiz gərgindi, xal itirmək istəmirdik. Bir neçə əlverişli qol imkanımız oldu, lakin bunlardan istifadə edə bilmədik. Təəssüf ki, futbolçularımız hava mübarizəsində rəqibə uduzdu”.
