18 mart 2012 01:17
Millimiz BƏƏ klubunu məğlub etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yerli “Əl Vəsl” klubu olub.
Millimiz bu görüşdə qələbə qazanıb. Hikmət Bağırovun vurduğu qol sayəsində komandamız minimal hesablı qələbəyə sevinib – 1:0.
