18 mart 2012 14:53
Millimiz Moldovadan yenə güclü oldu (YENİLƏNİB)
17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Moldova millisi olub.
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilən görüş komandamız üçün yaxşı başlamayıb. Amma buraxılan erkən qola rəğmən, yığmamız əzmkar qələbəyə sevinib.
Xatırladaq ki, bu komandalar arasında martın 16-da daha bir sınaq matçı baş tutmuşdu. Həmin oyun 4:0 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.
Yoldaşlıq oyunu
18 mart
Azərbaycan – Moldova - 2:1 (2:1)
1. Matçın ilk dəqiqəsindəcə komandamızın qapıçısının kobud səhvi qonaqların hesabı açması ilə nəticələnir - 0:1
2. Cəmi 1 dəqiqə sonra Nigar Cəlilli rəqib oyunçuların kobud səhvindən sonra hesaba tarazlıq gətirir - 1:1
38. M.Sarıaltın yığmamızı hesabda önə keçirir - 2:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
83. Yığmamızın üçüncü qola sevinməsinə qapı tiri mane olur
Matç başa çatdı
