18 mart 2012 18:53
Araz Abdullayev oynadı, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “Doxa Dramas” ilə qarşılaşıb. Heç də uğurlu çıxış etməyən Afina klubu bu rəqibini məğlub etməyə borcluydu. Çünki rəqib çempionatın ən zəif komandası idi. Gözlənildiyi kimi, meydan sahibləri bu şansı qaçırmayıblar.
Son oyunlarda az forma geyən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Apostolos Mantsios futbolçumuza bu dəfə start heyətdə şans verib. Araz 31-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənib" və 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Panionios” hazırda 24 oyundan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Doxa Dramas” isə 15 xalla turnir cədvələnin sonuncu pilləsində qərarlaşıb.
Yunanıstan Superliqası
26-cı tur
18 mart
Panionios - Doxa Dramas - 2:0 (2:0)
Qollar: Antuneş, 65, Dimbala, 13.
