18 mart 2012 17:55
Neftçi İnterə qalib gəldi, Qarabağla Qəbələ sülh bağladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İlk altılıq çərçivəsində “İnter” lider “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edib. "Neftçi" "bankirlər"ə qalib gəlib. Quzanlıda isə sülh qeydə alınıb.
Digər iki görüş isə ikinci altılıq oyunları idi. “Kəpəz” evdə “Sumqayıt”ı darmadağın edib. “Rəvan” da AZAL-la qarşılaşmadan qalib ayrılaraq, liderliyi ələ alıb.
Qeyd edək ki, bu gün daha bir görüş planlaşdırılsa da, “Xəzər Lənkəran” - “Bakı” oyunu sabaha keçirilib.
Premyer Liqa
24-cü tur
18 mart (bazar)
İNTER – NEFTÇİ - 1:2 (1:1)
Qollar: S.Georgiyevski, 4 (0:1), Bronislav Çervenka, 45 (1:1), R.Əmircanov, 75 (1:2)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rəhim Həsənov.
Bakı. "Şəfa" stadionu.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 13. Bronislav Çervenka, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 2. Xəyal Mustafayev, 8. Nizami Hacıyev, 9. Krastovçev Enyo, 10. Asif Mirili, 21. Girt Karlson, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 11. Cavid Hüseynov, 16. Alessandro Viana da Silva, 17. Kənan Manafov, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Oyun başladı
S.Georgiyevski dəqiq zərbə ilə hesabı açır - 0:1
Flavinyonun iti bucaq altında zərbəsini Lomaya dəf edir
Meydanda sürətli və sərt mübarizənin şahidi olmaq mümkündü
"İnter" oyunda üstünlüyü ələ alıb hücum qurmağa çalışır
"Neftçi" isə artıq əks-hücumlar üçün fürsət axtarır
Oyun daha çox meydanın mərkəzində davam edir
Seyidovla B.Tsxadadze arasında kiçik narazılıq yaranır
"Neftçi"nin kornerdən fərqlənmək istəyi alınmır
"İnter"in təzyiqi getdikcə artmaqdadı
B.Çervenka dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Çervenkanın ikinci qolu vumasına Stamenkoviç mane olur
S.Zərgərov sarı vərəqə ilə cəzalanır
Nasimovun zərbəsi qapıdan yan keçir
"İnter"də Zlatinovu N.Hacıyev əvəzləyir
"Neftçi"də isə R.Abdullayev yerini C.Hüseynova verir
Baçananın əvəzində meydana E.Krastovçev çıxır
"İnter" təzyiqi daha da artırıb. Lakin meydan sahibləri ələ düşən imkanlardan yaxşı yararlana bilmirlər
"Neftçi"də Georgiyevskini C.İmamverdiyev əvəz edir
Təhlükəli nöqtədən "İnter"in qapısına cərimə cərbəsi təyin olunur
R.Əmircanov əla zərbə ilə topu birbaşa doqquzluğa ünvanlayır - 1:2
A.Daşdəmirovun yerinə G.Karlson meydana çıxır
Komandaların hərəyə bir künc zərbəsindən fərqlənmək istəyi alınmır
Karlson sarı vərəqə alır
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Krastovçevin zərbəsi qapıdan azca yan keçir
Matç başa çatdı
RƏVAN – AZAL - 2:0 (2:0)
Qollar: Ekrem Hodziç, 18 (1:0), Taqim Novruzov, 42-pen (2:0)
Hakimlər: Alik Yunusov, Ramiz Əsədov, İsgəndər Əliyev, Teymur Fərhadov.
Bakı. Dalğa Arena.
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Vüsal Qarayev, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 18. Samuel Barlay, 20. Kristian Torres.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 13. Fərid Həşimzadə, 14. Sergey Artyux, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 22. Amid Hüseynov, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Mindauqas Daunoraviçyus, 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 15. Georgi Boqyu, 16. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi, 19. Hüseyn Axundov.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 4. Elvin Cəbrayıllı, 13. Şəhriyar Rəhimov, 14. Orxan Səfiyaroğlu, 18. Elmin Çobanov, 22. Elgün Abbaslı, 25. Tural Nərimanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
Oyun başladı
Komandalar oyuna çox fəal başlayıblar
Hodziç az qala hesabı açacaqdı. Ağacanov yerindədi
Daunoraviçyus rəqib qapıçını məyus edə bilmir
Ekrem Hodziç hesabı açır - 1:0
D.Kərimi Kvirtiyanın qola sevinməsinə imkan vermir
Novruzovun zərbəsi dəqiq olmur
Novruzovdan daha bir qüvvətli cərimə zərbəsi...Yenə dəqiq deyil
Qonaqların qapısına penalti təyin olunur. A.Nəbiyev cərimə meydançasında əllə oynayır
Novruzov nəhayət bu şansdan maksimum yararlanır - 2:0
Nəbiyev ağır zədə aldığı üçün meydanı tərk edir və onu T.Nərimanov əvəzləyir
Kvirtiyanın zərbəsi dəqiq alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL məğlubiyyətdən qaçmaq üçün irəli atılıb
Ndukanın yaxın məsafədən zərbəsi tirdən dönür
Hodziç sarı vərəqə ilə cəzalanır
AZAL kornerdən istədiyi kimi yararlana bilmir
İbekoyi sarı vərəqə alır
Qonaqların cərimə zərbəsi uğursuz alınır
Vidakoviçin təhlükəli zərbəsində azacıq dəqiqlik çatmır
T.Xəlilovun cərimə zərbəsi qapıdan yan keçir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
"Rəvan" korneri uğursuz yerinə yetirir
Matç başa çatdı
QARABAĞ – QƏBƏLƏ – 1:1 (0:1)
Qollar: V.Mendi, 16 (0:1), İ.Qurbanov, 90 (1:1)
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Coşqun Həsənov, Elvin Əsgərov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu.
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 19. Muarem Muarem, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 70. Vaqif Cavadov
Baş məşqçi: Qurban Qurbanov
QƏBƏLƏ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 14. Trivunoviç Veselko, 15. Nodar Məmmədov, 24. Tərzin Cahangirov, 25. Nuran Qurbanov, 26. Daniel Lopez Kruz, 33. Saşa Yunisoğlu
Baş məşqçi: Fatih Kavlak.
Oyun başladı
5. Meydan sahibləri ilk dəqiqələrdən daha fəaldılar və oyuna nəzarət edirlər
7. Qonaqların cərimə zərbəsindən fərqlənməsinə Pavloviç imkan vermir
10. Ağdamlılar da təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazaınrlar. Sadıqovun zərbəsi dəqiq alınmır
16. Cərimə zərbəsi zamanı Mendi dəqiq baş zərbəsi ilə hesabı açır - 0:1
17. Muarem elə ilk hücumdaca buraxılan qolun əvəzini çıxa bilərdi. Amma onun zərbəsi zamanı top dirəkdən qayıdır
20. Ağdamlıların cavab qolunu vurmaq istəyi alınmır
25. "Qəbələ" hələ ki, diqqətlə müdafiə olunur
26. Sadiqovun qapıya zərbə endirmək istəyi baş tutmadı
27. Ü.Abbasov oyunda sarı vərəqə alan ilk futbolçu olur
28. Doroşev topu kornerə çıxarmaqla komandasını qoldan xilas edir. Korner isə uğursuz alınır
31. R.Əliyev bir neçə metrlikdən qapıya "düşə" bilmir
33. “Qarabağ” daha bir yaxşı imkandan yararlana bilmir
35. Əfran Doroşevlə üz-üzə qalsa da, topu qapıdan keçirməsinə imkan verilmir
40. "Qəbələ" tam olaraq müdafiəyə çəkilib, meydan sahiblərinə qol vurmaq imkanı vermir
45. Qonaqlar əks-hücum zamanı az qala ikinci qolu vuracaqdı. Kamananın zərbəsi dəqiq olmur
45+1. Adamiya hesabı bərabərləşdirməyə yaxın olsa da, qonaqların bəxti gətirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ"da fasilədən sonra Raufu V.Cavadov əvəzləyir
47. M.Şükürov sarı vərəqə ilə cəzalanır
49. Muaremin zərbəsi qapıçıda qalır
50. "Qarabağ" ikinci hissəyə də hücumlarla başlayıb
53. Əfran da sarı vərəqə alır
60. Ü.Abbasov yerini D.L.Kruza verir
65. R.Əmiraslanov sarı vərəqə ilə cəzalanır
69. Maksim də sarı vərəqəsiz ötüşmür
70. Hakim A.Teliyə də sarı vərəqə göstərir
75. Muaremin zərbəsi qapıçıda qalır
78. Korner zamanı Telinin baş zərbəsi dəqiq olmur
84. Maksimin əvəzində İ.Qurbanov meydana çıxır
85. Muaremi B.Soltanov əvəzləyir
90. İ.Qurbanov cərimə meydançasına daxil olaraq çətinliklə də olsa qapıya zərbə endirir və hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
KƏPƏZ – SUMQAYIT - 4:1 (3:0)
Qollar: Yuri Fomenko, 3 (1:0), Dmitri Parxaçov, 18 (2:0), Yuri Fomenko, 24 (3:0), Samir Abasov, 48 (3:1), Junivan Suares, 85-pen (4:1).
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
Gəncə. Şəhər stadionu.
KƏPƏZ: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 18. Nikolay Svejentsev, 8. Armand Feutçin, 14. Dmitri Parxaçov, 2. Nail Məmmədov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov, 3. Vasif Haqverdiyev, 6. Vasif Əliyev
Baş məşqçi: Fuad İsmayılov
SUMQAYIT: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 15. Tərlan Quliyev, 22. Bəxtiyar Həsənalızadə, 52. Bədavi Hüseynov, 4. Samir Abbasov (k), 7. Mahmud Qurbanov, 27. Ramil Haşımzadə, 25. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 70. Aydın Qasımov, 8. Emin Mustafayev, 9. Orxan Həsənov, 10. Eşqin Quliyev, 95. Ruslan Nəsirli, 90. Yasin Abbasov
Baş məşqçi: Bernard Raab.
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıblar
Yuri Fomenko erkən qolla gəncəliləri hesabda önə keçirir - 1:0
Qonaqların buraxılan qola cavab vermək cəhdləri faydasız qalır
Pərvin Paşayevin cərimə zərbəsi dəqiq olmur
Üstünlük tam olaraq meydan sahiblərinin tərəfindədi
Dmitri Parxaçov komandasının üstünlüyünü iki topa çatdırır - 2:0
Parxaçov rəqib qapıçı ilə üz-üzə qalsa da, qol vura bilmir
Yuri Fomenko özünün ikinci, komandasının üçüncü qoluna imza atır - 3:0
Qonaqların müdafiə xətti bu gün çox zəif təsir bağışlayır
Sumqayıtlılar hücumda da heç nə edə bilmirlər
Oyunun tempi bir qədər aşağı düşüb
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qonaqlar fərqi azaltmaq üçün irəli atılblar
Samir Abasov buraxılan toplardan birinin əvəzini çıxır - 3:1
Qurbanovun zərbəsi dəqiq alınmır
"Kəpəz"də Paşayevi J.Suares əvəzləyir
Junivan dördüncü qolu vurmağa yaxın olsa da, şansını boşa verir
Meydan sahiblərinin üstün oyunu davam edir
Qonaqların qapısına penalti təyin olunur
Junivan Suares dəqiq zərbə ilə komandasının dördüncü qoluna imza atır - 4:1
Matç başa çatdı
Xatırladaq ki, turun bir görüşü ötən gün keçirilmişdi: Simurq – Turan – 1:1.
1
24
17
1
6
48-22
52
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)
