18 mart 2012 16:58
Raab: Futbolçular sanki yatmışdı
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 24-cü turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bugünkü oyunumuzdan razı qaldım. Lakin oyunun ilk 20 dəqiqəsində komandamın oyunu heç xoşuma gəlmədi. Futbolçular sanki yatmışdı. Amma daha sonra çox gözəl oyun göstərdik. “Kəpəz” komandası bizim zəifliyimizdən istifadə edib qələbə qazandı”.
