18 mart 2012 17:04
“Qol epizodlarından maksimum istifadə etdik və qələbə qazandıq"
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 24-cü turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 4:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Bu oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt”ın əksər futbolçuları U-21 milli komandasının üzvüdü. Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik və qələbə qazandıq”.
