18 mart 2012 15:50
Derbidə Neftçi qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, 24-cü turun “İnter” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz sorğunun yekunlarını təqdim edirik.
Beləliklə, “Neftçi”nin qələbə qazanacağını proqnozlaşdıranlar 46 faiz (219 səs) təşkil edib. “İnter”in qələbə qazanacağını isə 34 faiz (158 səs) proqnozlaşdırıb.
Respondentlərin 20 faizi də (94 səs) paytaxt derbisininin heç-heçə bitəcəyini düşünür.
