18 mart 2012 17:38
Fatih Kavlak: Bu oyunda qardaşlıq qazandı
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 24-cü turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gətirib:
“Standart vəziyyətdən oyunun əvvəlində qol vurduq, hesabı açdıq. Daha sonra “Qarabağ” istədiyi oyunu göstərdi. Maraqlı oyun alındı. Təəssüf ki, son dəqiqələrdə qapımızdan qol buraxdıq. Lakin səfər oyunundan 1 xalla dönürük, bu oyunda “qardaşlıq” qazandı”.
