18 mart 2012 17:44
Qurban Qurbanov: Final mərhələsində 1 xal da önəmlidi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oyun oldu, komandam əlindən gələni etdi. Final mərhələsində 1 xal da önəmlidi. Lider komandalardan uzaq düşməmək üçün xal qazanmaq bizə vacib idi. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşacağıq. “Qəbələ” ilə kubokun 1/4 finalında yenə qarşılaşacağıq”.
