18 mart 2012 18:08
Meydan sahibləri üçün qara gün
Futbol üzrə Azərbaycan birinci divizionunda 21-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş baş tutub.
MOİK "Şəmkir"i qəbul edib. Meydan sahibləri bu görüşdən məğlub ayrılıblar. Elə "Lokomotiv" - "Neftçala" görüşündə də qələbə qonaqlara qismət olub.
Qeyd edək ki, 21-ci tur şənbə günü start götürmüşdü. Hesabat turu bazar ertəsi günü yekunlaşacaq. "Tərəqqi" "Energetik"lə qarşılaşacaq.
Birinci divizion
21-ci tur
18 mart (bazar)
MOİK - Şəmkir – 1:2
Qollar: Rafael Qəvami, 27 - Mətləb Məmmədov, 12, Anar Rzayev, 54.
Hakimlər: Ramil Əhmədov, Samir Hacıyev, Ruslan Nəsibov, Nail Nəcəfov
Bakı."Şəfa" stadionu, 4-cü meydança.
Lokomotiv – Neftçala – 1:2
Qollar: Həsən Allahyarov, 81 - Elhad Əhmədov, 79-öz qapısına,Nakim Vəliyev, 90+3.
Hakimlər: Anar Niyazov, Qəzənfər Məmmədov, Vüsal Qənbərov, Etibar Həsənov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
1
17
15
2
0
37-5
47
