18 mart 2012 18:19
Böyükağa Hacıyev İnter zəfərindən danışdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 24-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“İnter” yaxşı komandadı. Bu, faktdı. Biz oyundan öncə rəqibi yaxşı analiz etmişdik. Amma bizim üçün bu oyuna ən yaxşı motivasiya rəqib klubun prezidenti Georgi Nikolovun sözləri oldu. Hansı ki, o, bizim hər oyunda onlara uduzduğumuzu, 3 xal verdiyimizi iddia etmişdi. Sivilizasiyalı ölkələrdə rəqiblər haqda belə danışmırlar. Bu qələbəyə görə şadam”.
