18 mart 2012 19:09
“Futbolçularımın ustalıq səviyyəsi çatmadı”
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 24-cü turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə yaranmış qol imkanlarından yararlana bilmədik. Bundan sonra qapımızda qol gördük. İlk hissənin sonlarında qapımızdan ikinci qolu buraxdıq. İki hissə bizim üstünlüyüz şəraitində keçsə də, qol imkanlarından istifadə edə bilmədik. Futbolçularımın ustalıq səviyyəsi çatmadı. Komandanın əsas heyətinin altı futbolçusu hazırda xəstə olsa da, futbolçularım sona qədər mübarizə apardılar”.
