18 mart 2012 19:16
“Bayram günlərində komandamın qələbə qazanmasına sevinirəm”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 24-cü turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Bayram günlərində komandamın qələbə qazanmasına sevinirəm. Oyunun ilk hissəsi bizim üstünlüyümüzdə keçsə də, ikinci hissədə AZAL-ın güclü təzyiqi ilə rastlaşdıq. Biz asanlıqla AZAL-ı əks hücumda yaxalaya bilərdik. Ancaq futbolçularım bunu bacarmadı. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm”.
