18 mart 2012 20:36
Millimiz sınaq matçında məğlub oldu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Əl Nəsr” klubu ilə qarşılaşan millimiz 4:5 hesabı ilə məğlub olub.
Komandamızın heyətində Hikmət Bağırov, Comərd Baxşəliyev, Elvin Quliyev və Zeynal Zeynalov fərqlənib.
Xatırladaq ki, Dubaydakı təlim-məşq toplanışında millimiz ilk yoldaşlıq oyununu martın 17-də “Əl Vəsl” klubu ilə keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi.
