18 mart 2012 20:47
“Azərbaycan ilə ikinci qarşılaşmanın fərqli olacağını demişdim”
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra rəqib komandanın baş məşqçisi Viktor Qryapka matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesabıyla məğlub olduğu oyunla bağlı bunları dilə gətirib:
“İlk oyundan sonra ikinci qarşılaşmanın fərqli olacağını demişdim. Müəyyən taktiki dəyişikliklər etdik və bunun nəticəsində bu gün daha yaxşı oynadıq.
Bizi burada yaxşı qarşıladılar, təşkilati işlər qaydasında idi. Ümid edirəm ki, əməkdaşlığımız davam edəcək”.
