18 mart 2012 20:54
“Son 4 qarşılaşma arasında ən zəif oyunumuzu bu gün keçirdik”
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Sissi Rayt matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın 2:1 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Son 4 qarşılaşma arasında ən zəif oyunumuzu bu gün keçirdik. Futbolçular verdiyim tapşırıqlara lazımi səviyyədə əməl etmədilər. Qapıçımızın inamlı oyunu olmasaydı, hesab fərqli ola bilərdi. Ardıcıl üç qələbədən sonra bəlkə də komandada arxayınçılıq yaranmışdı”.
