18 mart 2012 11:26
Valeri Abramidze: Neftçini üçüncü dəfə məğlub etməyə çalışacağıq
“İnter”in müdafiəçisi Valeri Abramidze Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız hər iki cəbhədə uğurlu çıxışını davam etdirir. Hazırda hansı daha vacibdi: Azərbaycan kuboku, ya Premyer Liqa?
- Bizim üçün hər iki turnir vacib xarakter daşıyır. Oyuna çıxanda biz fikirləşmirik ki, bu, kubok və ya çempionat oyunudu. Hədəf hər oyunda qələbə qazanmaqdan ibarətdi.

- Deməli qarşıdakı “Neftçi” ilə oyun sonuncu “Xəzər Lənkəran”la matçdan az əhəmiyyət daşımayacaq?
- Şübhəsiz. Bu, mövsümün ən vacib oyunlarından biridi. Prinsipial oyundu. Bu mövsüm onları iki dəfə məğlub edə bilmişik. Bunu üçüncü dəfə təkrarlamağa çalışacağıq.

- Mümkün qələbə “İnter”i birinci pilləyə çıxara bilər...
- Biz qələbəyə oynayacağıq. Bundan nə çıxacağını isə zaman göstərəcək.
- “Xəzər Lənkəran” üzərində qazandığınız qələbədən sonra rəqib komandanın baş məşqçisinin qovulması sizə nə dərəcədə təsir etdi?
- Düzünü desəm, heç bir. Rəqiblərimizin düşərgəsində baş verənlər mənə maraqlı deyil. Ancaq öz oyunumuzu düşünürük.

- Ümumiyyətlə, həmin kubok qarşılaşması ilə bağlı nə deyərdiz?
- Kubok oyunları həmişə ağır olur. Pley-off sistemindən danışırıqsa, burda hətta ilk oyunda qələbə qazanmaq da ümumi uğur qazanmaq üçün yetərli olmur. Əsas odu ki, ilk oyunda qələbə qazandıq. Lənkəranda bunun davamını nə dərəcədə gətirə biləcəyimizi isə zaman göstərər.

- Fasiləyə öndə çıxsanız da, ikinci hissəyə çox pis başladınız. Nə baş verirdi?
- İkinci hissənin əvvəlləri məyus etməyə bilməz. “İnter” həmin iki qolu buraxanda özündə deyildi. Belə oyunlarda öz meydanında gərək qol buraxmayasan. Ümid edirəm ki, Lənkərandakı oyunda buna görə çətin vəziyyətdə qalmayacağıq.

- Hər halda qələbə qazanmısız və sizə cavab matçında heç-heçə də sərf edəcək...
- Əlbəttə, əsas ilk oyundan qalib ayrılmaq idi ki, bunu da bacardıq. Bu mənada bizə bir qədər asan olacaq. Çünki rəqibə qol vurmaq lazım gələcək. Amma biz də hücum edəcəyik, qol vurmağa çalışacağıq ki, yarımfinala daha əminliklə yollanaq.