19 mart 2012 00:10

Şəriksiz zirvə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları davam edir. Azerisport.az xəbər verir ki, ötən gün hesabat turunda daha dörd qarşılaşma baş tutdu.
 
Günün ilk oyununda ikinci altılıq çərçivəsində “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Qış fasiləsində sonra yüksəlişdə olan meydan sahibləri onlardan fərqli ardıcıl məğlubiyyətləri sıralayn qonaq komandanı böyük hesabla məğlub etdi – 4:1. Halbuki, əvvəlki gündə “Turan” 1 xal qazanmaqla turnir cədvəlində son pilləni “Sumqayıt”a verdiyindən bu komanda ən azı heç-heçə haqda düşünməyə borclu idi. Amma Bernard Raabın komandası bu dəfə də bərbad oyunu ilə məğlubiyyətə layiq olduğunu isbatladı. Beləliklə, “Sumqayıt” bu turdan etibarən sonuncu pillədə getmək məcburiyyətində qaldı. “Kəpəz” isə yüksəlişini davam etdirir.
 
İkinci altılığın ən prinsipial oyununda “Rəvan” AZAL-ı qəbul etdi. Məlum olduğu kimi, bu komandalar zəiflər arasında ən güclülər idilər. Komandaları bir-birindən cəmi 1 xal ayırdığı üçün qələbə hər iki tərəf üçün vacib idi. Baxmayaraq ki, lider AZAL-a heç-heçə də kifayət edirdi. Yeri gəlmişkən, “sarı-qırmızılar” təsnifat mərhələsindəki oyunlarda “təyyarəçilər”i məğlub etmişdilər. Bu üzdən də qonaqların qisas haqda da düşünməsini gözləmək olardı. Amma debütant mövsümün üçüncü duelində də bu rəqibini məğlub etməyi bacardı.
 
Günün digər oyunları isə ilk altılıq komandaları arasında baş tutdu. “Qarabağ” kubokun 1/4 finalında qarşılaşdığı “Qəbələ”ni qəbul etdi. Kubok oyununda olduğu kimi (2:2) komandaların çempionat oyununda da heç-heçə qeydə alındı – 1:1. Hesabı 16-cı dəqiqədə Viktor Mendi açdı. Meydan sahibləri yalnız son dəqiqələrdə bu qola cavab verə bildilər. Əks halda təsnifat mərhələsində olduğu kimi, “Qarabağ” bu rəqibinə yenə Quzanlıda uduzacaqdı. Lakin İlqar Qurbanov son saniyələrdə komandasını məğlubiyyətdən xilas etdi. Bu görüşlə bağlı maraqlı məqamlardan biri “Qarabağ”ın beşoyunluq qələbə seriyasının qırılması oldu. Amma ağdamlıların məğlubiyyəsiz seriyası hələ də davam etməkdədi. Sadəcə, serbiyalı qapıçı Boyan Pavloviç uzun müddətdən sonra qol buraxmasına üzülmüş oldu.
 
Günün son oyununda “İnter” “Neftçi”ni qəbul etdi. Bu mövsüm “bankirlər”ə iki dəfə yenilən lider bu dəfə tilsimi nəhayət ki, qıra bildi. Hesabı 5-ci dəqiqədə Slavko Georgiyevski açdı. 45-ci dəqiqədə Bronislav Çervenka tarazlığı bərpa etdi. Lakin “Neftçi” xal itkisi ilə razılaşmadı və “Bakı” ilə oyunda cərimə zərbəsindən gözəl qola imza atan Ruslan Əmircanov bu dəfə də azarkeşləri möhtəşəm qolla sevindirdi. Gənc futbolçu 77-ci dəqiqədə cərimə zərbəsindən “Neftçi”nin qələbə qoluna imza atdı. Beləcə, əsas rəqibini məğlub edən lider zirvədəki mövqeyini daha da möhkəmləndirdi. “Bankirlər” isə zirvəni ələ keçirmək fürsətini boşa verməsinə üzüldü.
 
Qeyd edək ki, bu gün keçirilməli olan “Xəzər Lənkəran” – “Bakı” oyunu sabaha keçirilib. Bir oyun isə dünən baş tutub. Həmin qarşılaşmada “Simurq”la “Turan” sülh bağlayıb – 1:1.
 
Premyer Liqa
Final mərhələsi
24-cü tur
18 mart
 
Kəpəz – Sumqayıt - 4:1
Qol: Yuri Fomenko, 2; 24. Bədəvi Hüseynov, 17 (avtoqol). Junivan Suares, 85-pen - Samir Abbasov, 48.
Kəpəz: 22. Tural Abbaszadə (1. Xəyal Zeynalov, 88), 2. Nail Məmmədov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 8. Armand Feutçine, 14. Dmitri Parxaçov (17. Renat Sultanov, 80), 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 25. İvan Arabacı, 27. Pərvin Paşayev (23. Junivan Suares, 58), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 3. Vasif Haqverdiyev, 6. Vasif Əliyev, 9. Ceyhun Əhmədov, 19. Zaur Əsədov.
Baş məşqçi: Fuad İsmayılov.
Sumqayıt: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 4. Samir Abbasov (k), 7. Mahmud Qurbanov, 11. Kamil Nurəhmədov, 15. Tərlan Quliyev (90. Yasin Abbasov, 46), 22. Bəxtiyar Həsənalızadə, 25. Uğur Pamuk (9. Orxan Həsənov, 65), 27. Ramil Haşımzadə, 52. Bədavi Hüseynov, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 70. Aydın Qasımov, 8. Emin Mustafayev, 10. Eşqin Quliyev, 95. Ruslan Nəsirli.
Baş məşqçi: Bernhard Raab.
Sarı vərəqələr: Nikolay Svejentsev, 26 (qeyri-idman hərəkəti). Şahin Kərimov, 28 (qeyri-idman hərəkəti). Nail Məmmədov, 78 (qeyri-idman hərəkəti). Renat Sultanov, 87 (qeyri-idman hərəkəti) – Ramil Həşimzadə, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu.
 
Qarabağ – Qəbələ - 1:1
Qollar: İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 83), 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (70. Vaqif Cavadov, 46), 14. Rəşad Sadıqov, 19. Muarem Muarem (9. Bəxtiyar Soltanov, 85), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (24. Tərzin Cahangirov, 88), 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov (15. Nodar Məmmədov, 76), 20. Stiv Olfers, 34. Ürfan Abbasov (26. Daniel Lopez Kruz, 60), 77. Luiz Paulo Hillario.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 14. Veselko Trivunoviç, 25. Nuran Qurbanov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
Sarı vərəqələr: Rəşad Sadıqov, 6 (perspektivli hücumun qarşısını aldığına görə).; Əfran İsmayılov, 53 (simulyasiya). Maksim Medvedev, 69 (kobud oyun). Admir Teli, 70 (qeyri-idman hərəkəti) – Ürfan Abbasov, 27 (kobud oyun). Mahir Şükürov, 47 (badalaq). Rövşən Əmiraslanov, 66 (bilərək əl ilə oyun). Pavel Doroşev, 85 (oyunun bərpasını gecikdirdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Coşqun Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
Quzanlı Olimpiya İdman Kompleksinin stadionu.
 
Rəvan – AZAL - 2:0
Qollar: Ekrem Hodziç, 18. Taqim Novruzov, 41-pen.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k) (13. Fərid Həşimzadə, 45), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 6. Taqim Novruzov (14. Sergey Artyux, 81), 8. Tural Axundov, 9. Vüsal Qarayev (17. Ramazan Abbasov, 86), 10. Nemanya Vidakoviç, 11. Şerif Suma, 18. Samuel Barlay, 20. Kristian Torres.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov,  15. Tural Cəlilov, 22. Amid Hüseynov, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (25. Tural Nərimanov, 45+2), 6. Mindaugas Daunoraviçius (13. Şəhriyar Rəhimov, 47), 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 15. Georgi Boqyu, 16. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi, 19. Hüseyn Axundov (14. Orxan Səfiyaroğlu, 88).
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 4. Elvin Cəbrayıllı, 18. Elmin Çobanov, 22. Elgün Abbaslı.
Baş məşqçi: Rafiq Mirzəyev.
Sarı vərəqələr: Nemanya Vidakoviç, 23 (qeyri-idman hərəkəti). Taqim Novruzov, 29 (qeyri-idman hərəkəti). Ekrem Hodziç, 57 (qeyri-idman hərəkəti) – Viktor İbekoyi, 67 (qeyri-idman hərəkəti).
Hakimlər: Alik Yunusov, Ramiz Əsədov, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena.
 
İnter – Neftçi - 1:1
Qollar: Bronislav Çervenko, 45 – Slavko Georgievski, 3. Ruslan Əmircanov, 75.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 13. Bronislav Çervenka, 14. Peter Zlatinov ( 8. Nizami Hacıyev, 62), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov (21. Girt Karlson, 79), 22. Peter Çrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Enyo Krastovçev, 67).
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgievski (25. Cavid İmamverdiyev, 73), 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 62).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 16. Alessandro Viana da Silva, 17. Kənan Manafov, 22. Fərid Quliyev, 26. Kərim Diniyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti). Samir Zərgərov, 52 (qeyri-idman hərəkəti). Girts Karlsons, 86 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Şəfa” stadionu.
 
 
1
24
17
1
6
48-22
52
 
2
24
14
6
4
23-12
48
 
3
24
13
6
5
29-15
45
 
4
23
13
5
5
33-20
44
 
5
24
11
7
7
32-25
39
 
6
23
10
5
8
27-23
35
 
 
7
24
8
7
9
26-29
31
 
8
24
8
5
11
35-40
29
 
9
24
7
5
12
31-40
26
 
10
24
5
6
13
20-36
21
 
11
24
4
3
17
17-34
15
 
12
24
4
3
17
17-42
15
 
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.