18 mart 2012 12:08
Berti Foqts İnter - Neftçi oyununu izləyəcək
Bu gün baş tutacaq futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunlarını millimizin məşqçilər korpusu da izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 24-cü turu çərçivəsində bu gün keçiriləcək “İnter” – “Neftçi” oyununu izləyəcək. Baş məşqçinin köməkçisi Nazim Süleymanov isə “Qarabağ” – “Qəbələ” qarşılaşmasında olacaq.
