18 mart 2012 17:25
Amit 90 dəqiqə oynadı, komandası yenə məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Boluspor”la qarşılaşıb. Kayseri klubu doğma meydan amilindən maksimum yararlanıb, qələbə qazanmağa çalışsa da, bunu bacarmayıb.
Son oyunlarda az forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza bu dəfə start heyətdə şans verib. O, 90 dəqiqə əvəzlənmədən oyunda olub.
Qeyd edək ki, Kayseri klubu hazırda 25 oyundan sonra 36 xalla 7-ci pillədə qərarlaşıb. “Boluspor” isə 38 xalla 6-cı sıraya yüksəlib.
Türkiyə Bank Asya birinci liqası
25-ci tur
18 mart
Erciyesspor - Boluspor - 1:2 (0:1)
Qollar: Ramazan Övüç, 87 - Aydın Çetin, 32; 60.
