19 mart 2012 00:17
İngiltərə kuboku: Chelsea və Liverpul növbəti mərhələdə (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya kubokunda altıncı mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələnin oyunları bir görüşdən ibarətdi.
Lakin qaydalara görə, hansısa oyunda 90 dəqiqədə qalibi müəyyən etmək mümkün olmadıqda, təkrar oyunlar keçirilir.
Maraqlıdı ki, ilk oyun günündə baş tutan görüşlərin heç birində qalibi müəyyənləşdirmək mümkün olmayıb. “Everton” – “Sunderland” görüşü heç-heçə bitdiyindən, martın 27-də bu klublar təkrar oyunda üz-üzə gəlməli olacaqlar. “Tottenham” – “Bolton” görüşü isə hesab 1:1 olarkən ilk yarının sonlarından yarımçıq dayandırılıb.
İkinci oyun günündə isə “Chelsea” “Leicester City”, “Liverpool” “Stoke City” üzərində qələb qazanmaqla, adını növbəti mərhələyə yazdırıb.
İngiltərə Federasiya kuboku
6-cı mərhələ
17 mart
Everton – Sunderland – 1:1
Tottenham – Bolton – 1:1 (matç başa çatmayıb)
18 mart
Chelsea - Leicester City - 5:2
Liverpool - Stoke City - 2:1
