19 mart 2012 14:16

Georgi Nikolov söz verdi: Heç nə deməyəcəyəm

“İnter”in prezidenti Georgi Nikolov Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə oyunundan öncə rəqib düşərgədə heç də birmənalı qarşılanmayan bəzi açıqlamalar vermişdi. Azerisport.az xəbər verir ki, bolqarıstanlı iş adamı rəqibin son iki oyunda onlara məğlub olmasına işarə vuraraq, “Neftçi” “İnter”in abonentidi” açıqlaması ilə çıxış etmişdi.
 
Ötən gün baş tutan paytaxt derbisindən sonra isə həm “Neftçi”nin futbolçuları, həm də baş məşqçi Böyükağa Hacıyev onların qələbə qazanmaq (2:1) yolunda əsas motivasiyalarının məhz Nikolovun bu açıqlamaları olduğunu dilə gətirdilər. Bu azmış kimi, onlar hətta əcnəbi iş adamına buna görə etirazlarını da dilə gətirdilər.
 
Məhz bu üzdən Nikolov da bütün baş verənlərə yenidən münasibət bildirib. O, klubun rəsmi saytı vasitəsilə verdiyi açıqlamada bunları dilə gətirib:
 
"Şənbə günü səhər hər şey darıxdırıcı idi. Bu hətta sakitləşmək, zarafat etmək mümkün olan yerdə də belədi. Yəni, futbol dünyasında. Ancaq etdiyim zarafatın belə güclü reaksiya doğuracağını gözləmirdim. Dediyim sözlərə görə nahara qədər başım ağrıdı. İdman insana müsbət enerji gətirməlidi. Deyilən hər sözə fikir vermək lazım deyil. Ən yaxşısı əlini yelləyərək gülümsəyib getməkdi. Söz verirəm: növbəti dəfə heç nə deməyəcəyəm ki, rəqibin oyuna köklənməsi heç olmasın".
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.