19 mart 2012 14:30
Azərbaycan - Rusiya matçının yeri dəyişdirildi
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə evdə keçirəcəyi pley-off oyununun yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan - Rusiya qarşılaşmasının öncədən Bakı İdman Sarayında keçirilməsi planlaşdırılmışdı.
Lakin əldə etdiyimiz son məlumata görə, qarşılaşma “Sərhədçi” İdman Kompleksində baş tutacaq.
Həmin oyun martın 27-də keçiriləcək.
Qeyd edək ki, Rusiya və Azərbaycan yığmalarının cavab qarşılaşması aprelin 9-da, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 17:00), Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində keçiriləcək.
