19 mart 2012 18:52
Yunis Hüseynovlu XL Bakıya məğlubiyyətlə başladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
İlk altılıq çərçivəsində “Xəzər Lənkəran” “Bakı”nı qəbul edib. Yeni baş məşqçisi Yunis Hüseynovun rəhbərliyi altında debüt matçına çıxan meydan sahibləri uğurlu nəticə qazanmaq istəsələr də, buna nail ola bilməyiblər. Paytaxt klubu çətin səfərdə gözlənilməz qələbəyə seviniblər.
Qeyd edək ki, bu görüş əslində ötən gün keçirilməli idi. Lakin hava şəraiti ilə əlaqədar oyunun vaxtı dəyişdirilmişdi.
Turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
Premyer Liqa
24-cü tur
19 mart (bazar ertəsi)
XƏZƏR LƏNKƏRAN – BAKI - 0:1 (0:1)
Qol: Deyvidas Çesnauski, 39 (0:1)
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Zeynal Zeynalov, Fuad Həsənov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Roberto Alviz, 18. Alim Qurbanov, 22. Antonio Semedo, 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes.
Baş məşqçi: Yunis Hüseynov.
BAKI: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Serxio Kontreras Pardo.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 30. Maris Verpakovski, 99. Rəhman Hacıyev.
Məşqçi: Novruz Əzimov.
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən oyuna nəzarəti ələ alıblar
Qonaqlar da az fəallıq nümayiş etdirmirlər
Subaşiç hesabı açmağa yaxın olsa da, zərbəsi dəqiq olmur
Əmirquliyev hədəfə düşə bilmir
Subaşiç daha bir qol şansını qaçırır
XL oyuna nəzarət etsə də, bunu qola çevirə bilmir
"Bakı"da erkən və məcburi əvəzləmə: Kovaçeviç zədələndiyi üçün Rəhman Hacıyevlə əvəzlənir
E.Məmmədov əla keçid edib qapıya zərbə endirsə də, Kamran təhlükəni sovuşdurur
Tounkaranın zərbəsi tirdən dönür
Çesnauski meydan sahiblərinin qapısına yol taparaq, hesabı açır - 0:1
Kokenin yaxın məsafədən zərbəsi qapıdan azca aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
XL fasilədən sonra da üstünlüyü ələ alıb
Meydan sahibləri təhlükəli hücumlar qurmaqda çətinlik çəkirlər
Mureşanın zərbəsi qapıdan yan keçir
Qonaqlar fasilədən sonra hücum barədə düşünmür və bütün diqqətini müdafiəyə yönəldib
Subaşiçin təhlükəli zərbəsi rəqib futbolçudan qayıdır
Bonfimin oxşar zərbəsi isə qapının üstündən keçir
Meydan sahiblərinin hücumları getdikcə daha təhlükəli olmağa başlayır
"Bakı"dan təhlükəli əks-hücum: Koke Şoliçin təhlükəli ötürməsini boş qapıya göndərə bilmir
Qonaqlar son dəqiqələrdə əks-hücumları çoxaltmaqdadılar
Şoliç komandasının üstünlüyünü daha da möhkəmləndirməyə yaxın olsa da, dəqiq oynaya bilmir
Matç başa çatdı
Qeyd edək ki, turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı: Simurq – Turan – 1:1, Kəpəz – Sumqayıt – 4:1, Qarabağa – Qəbələ - 1:1, İnter – Neftçi – 1:2, Rəvan – AZAL – 2:0.
1
24
17
1
6
48-22
52
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)
