19 mart 2012 15:15
Türkiyə mətbuatı Amitə 5 verdi
Türkiyə mətbuatı gənclərdən ibarət yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, evdə “Boluspor” ilə qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymətə layiq görülüb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 5 bal veriblər. Quluzadə ilə yanaşı əksər futbolçular da 5 balla qiymətləndirilib. Yerdə qalan oyunçular isə daha aşağı bala layiq görülüblər.
Xatırladaq ki, Amit bu oyunda 90 dəqiqədə meydanda olub. Komandası isə məğlubiyyətlə barışmalı olub – 1:2.
Erciyesspor: Emrullah - (5), Volkan - (5), Fatih - (5), Zafer - (5), Orhan - (5), Serkan Atak - (5) (Cenk, 65 - 3), Amit Quluzadə - (5), Metin - (5), Kemal Okyay - (5) (Mehmet Ayaz, 46 - 5) Sofi Hanni - (4) (Ramazan, 82), Berk - (5).
