19 mart 2012 15:33
Georgi Çıxradze Simurqu buraxdı
Premyer Liqanın 24-cü turundan sonra “Simurq”un baş məşqçi Georgi Çıxradze futbolçulara Novruz Bayramı ilə əlaqədar iki günlük istirahət verib. Azerisport.az xəbər verir ki, komanda martın 20-də Zaqatalada yenidən bir araya gələcək və “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirəcək.
Zədə səbəbindən məşqlərdə iştirak etməyən kapitan Rasim Ramaldanov, Əli Bağırov və Andrey Rubin də artıq tam sağalıb. Onlar da martın 20-dən komanda ilə məşqlərə başlayacaqlar.
