19 mart 2012 17:15
UEFA Azərbaycan yığmasının üzvünü 3 oyunluq cəzalandırdı
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyev milli komandalar səviyyəsində yarışlarda növbəti 3 rəsmi oyunda iştirak hüququndan məhrum edilib. Azerisport.az xəbər verir ki, bu barədə qərar UEFA-nın Nəzarət və İntizam Komitəsi tərəfindən çıxarılıb.
Buna səbəb, Rizvan Fərzəliyevin futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – Serbiya oyununun rəsmi şəxsinə qarşı aqressiv davranışı olub.
