19 mart 2012 17:34
Simurqda serb məşqçi
“Simurq” daha bir məşqçi ilə anlaşıb. Azerisport.az xəbər verir ki, Sergey Yuranla münasibətlərə son qoyub Georgi Çixradzeni baş məşqçi postuna gətirən Zaqatala təmsilçisi bu dəfə serbiyalı məşqçi ilə güclənib.
Belə ki, bölgə klubu serb mütəxəssis Aleksandr Krakliçi Azərbaycana dəvət edib. Çixradzenin istəyi ilə artıq onunla işbirliyinə qərar verilib.
Karyerası ərzində əsasən Xorvatiya və Makedoniya yüksək liqalarında çalışmış Krakliç “Simurq”da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, bölgə komandasının məşqçilər korpusunda Emil Balayev və İqor Getman da yer alır.
