19 mart 2012 17:54
Rizvan Fərzəliyev: UEFA-nın qərarı ilə razı deyiləm
Futzal üzrə Azərbaycan yığmasının aparıcı üzvlərindən olan Rizvan Fərzəliyev UEFA-nın onun barəsində çıxardığı 3 oyunluq diskvalifikasiya ilə bağlı münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən UEFA-nın bu qərarı ilə razı deyiləm. Çünki mən heç onun UEFA-nın fotoqrafı olduğunu da bilmirdim. Həm də mən onu itələmişəm. Sadəcə, onun fotoaparatını kənarlaşdırdım. Bununla heç də onun fotoaparıtını sındırmaq istəməmişəm. Təəssüf ki, Rusiya yığması ilə dünya çempionatına vəsiqə uğrunda keçiriləcək pley-off oyunlarında komandamıza kömək edə bilməyəcəm. Çünki şansımız var, bundan yararlanmaq istəyirik. Heç özüm də bilmirəm mənim yoxluğumda komanda necə təsir bağışlayacaq”.