19 mart 2012 18:17
La Liqa klubunda yeni baş məşqçi
Futbol üzrə İspaniya La Liqasında çıxış edən “Villareal”ın dünən “Levante”yə məğlubiyyəti (0:1) baş məşqçi Xose Molinaya baha başa gəlib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi ardıcıl üçüncü məğlubiyyəti ona bağışlamayıb və postundan göndərib.
28 turdan sonra 17-ci pillədə qərarlaşan “sarı sualtı qayığı” bundan sonra Migel Anhel Lotina çalışdıracaq. 54 yaşlı mütəxəssis vaxtilə “Deportivo”nun baş məşqçisi olub. Onunla bu mövsümün sonuna qədər müqvilə imzalanıb.
