19 mart 2012 18:36
DÇ-2012-nin ilk bileti dövlət başçısına təqdim olundu (FOTO)
Bu gün - martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak ediblər.
Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib.
Dövlətimizin başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.
