19 mart 2012 19:26
25-ci turun proqramı bəlli oldu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 25-ci turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları 23-24 mart tarixlərində keçiriləcək.
Turun oyun cədvəli aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
25-ci tur
23 mart (cümə)
Neftçi - İnter
Bakı. Dalğa Arena. Saat 14:00.
Bakı - Qəbələ
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
Kəpəz - AZAL
Gəncə. Şəhər stadionu. Saat 15:00.
Xəzər Lənkəran - Qarabağ
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00.
24 mart (şənbə)
Rəvan - Sumqayıt
Bakı. "Şəfa" stadionu, 4-cü meydança. Saat 15:00.
Simurq - Turan
Zaqatala. Şəhər stadionu. Saat 15:00.
