19 mart 2012 19:54
Birinci divizion: növbəti turun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 22-ci turun oyunlarının başlama vaxtı və keçiriləcəyi stadionlar açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Turun üç oyunu şənbə gününə təsadüf edəcək. Qalan oyunlar isə bazar günündə keçiriləcək.
Bütövlükdə, 22-ci turun proqramı aşağıdakı kimidi:
Birinci divizion
22-ci tur
24 mart (şənbə)
"Energetik" - "Göyəzən"
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
"Neftçala" - "Muğan"
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
"Karvan" - "Şahdağ"
Yevlax şəhər stadionu
25 mart (bazar)
"Qaradağ Lökbatan" - MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
"Bakılı" - "Tərəqqi"
"Şəfa" stadionu, 4-cü meydança
MKT "Araz" - "Lokomotiv"
Heydər Əliyev adlna İmişli şəhər stadionu
Bütün oyunlar saat 15:00-da başlayacaq.
