19 mart 2012 20:00
Yunis Hüseynov: Bu gün sarsıntı keçirdim
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 24-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bu gün sarsıntı keçirdim. İlk oyunda məğlub olmaq istəmirdim. Komandaya iki gündür ki, gəlmişəm, cəmi bir məşqdə iştirak etmişəm. Hər gün futbolçularla danışırdım. Buna baxmayaraq, komandanı hələ tam tanıya bilməmişəm. Bir neçə futbolçudan razı qaldım, adlarını çəkmək istəmirəm. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Çalışacağam ki, bu oyuna komandanı daha yaxşı hazırlayım. “İstefa” şüarları mənə pis təsir etdi. Uduzacağımıza inanmırdım, amma futbolda hər şey ola bilər”.
