19 mart 2012 20:03
Novruz Əzimov: Əzəmətli oyun oldu
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Yunis Hüseynovu “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. Əzəmətli oyun oldu. Oyun öncəsi heyətimizdə bir sıra itkilər var idi. Digər oyunçular bu boşluqları lazımınca doldura bildi. Qələbə bizə vacib idi”.
