19 mart 2012 20:10
Xəzər Lənkəran-Bakı matçından sonra qalmaqal
Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran” – “Bakı” oyunundan sonra qalmaqal düşüb. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin azarkeşləriylə asayiş keşikçiləri arasında gərginlik yaşanıb.
Belə ki, komandalarının məğlubiyyəti (0:1) ilə barışmaq istəməyən bir qrup cənublu fanat matçdan sonra futbolçuların yanına getməyə və onlardan zəif oyuna görə haqq-hesab çəkmək istəyib.
Amma təbii ki, polislər buna imkan verməyiblər. Onlar hətta bəzi fəal azarkeşləri polis bölməsinə aparmaq məcburiyyətində qalıblar. Qalmaqalın daha da böyüməsinə imkan verilməyib.
