20 mart 2012 00:06

Uğursuz debüt

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tur da arxada qaldı. Azerisport.az xəbər verir ki, turun qapanış matçında “Xəzər Lənkəran” doğma meydanda “Bakı” ilə üz-üzə gəldi.
 
Lənkəran şəhər stadionundakı qarşılaşmaya meydan sahibləri yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında çıxmışdılar. Qonaq komandanın sükanı arxasında isə baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Novruz Əzimov idi. Bu baxımdan hər iki komandanın durumun oxşar olmasını demək olardı. Sadəcə, yeganə fərq onda idi ki, cənublu futbolçular yeni baş məşqçinin rəhbərliyi altındakı ilk oyunda özlərini göstərmək üçün daha çox dəridən-qabıqdan çıxmalıydılar. Ən azından bunu gözləyənlər çox idi.
 
Amma görüşə maraq qatan başqa məqamlar da var idi. Məsələn, ilk altılığın sonuncu pilləsində qərarlaşan “Bakı” medallara şansını itirməmək üçün mütləq xal və ya xallar qazanmalıydı. Ötən gün “Qarabağ”ın “Qəbələ” ilə matçda xal itkisindən sonra “Xəzər Lənkəran”ın da 3-cü pilləyə yüksəlmə şansları yaranmışdı.
 
Lakin bölgə klubu çox gözəl şansdan yararlana bilmədi. Hüseynov yeni komanda ilə debüt matçında məğlubiyyətlə barışdı. Nəticədə “Xəzər Lənkəran” 4-cü pillədə qaldı və çempionluq şanslarını daha da çətinləşdirdi. Belə ki, Lənkəran klubu ilə lider “Neftçi” arasında 8 xallıq fərq yarandı. “Bakı” isə 6-cı pillədə qalsa da, mükafatlardan birini əldə etməyə ümidləndi.
 
Bu qarşılaşmada diqqət çəkən məqamlardan biri də yerli fanatların siftə edən Yunis Hüseynovu istefaya çağırması oldu. Hansı ki, gənc mütəxəssis özü də oyundan sonra bunu gözləmədəyini və səslənən şüarlara görə sarsıldığını dilə gətirdi. Hər halda bu uğursuzluqlarda Hüseynovun günahı yoxdu və onun işinə güman ki, mövsümün sonunda qiymət veriləcək.
 
Premyer Liqa
Final mərhələsi
24-cü tur
 
Xəzər Lənkəran – Bakı - 0:1 (0:1)
Qol: Deyvidas Çesnauski, 39.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri (33. Stevan Bates, 7), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (30. Rendal Brenes, 76), 10. Elnur Abdullayev (22. Antonio Semedo, 46), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Roberto Alviz, 18. Alim Qurbanov, 81. Rikardo Qomes.
Baş məşqçi: Yunis Hüseynov.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç (99. Rəhman Hacıyev, 20//22. Tural Qürbətov, 90+2), 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Serxio Kontreras (19. Nurlan Novruzov, 89).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 20. Elşad Manafov, 30. Maris Verpakovskis.
Məşqçi: Novruz Əzimov.
Sarı vərəqələr: Stevan Bates, 59 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 75 (hakimə etiraz) – İbrahim Karqbo, 34 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə). Cəmşid Məhərrəmov, 65 (əllə oyun). Deyvidas Çesnauski, 66 (fitdən sonra topa zərbə). Şəhriyar Əliyev, 70 (rəqibə badalaq). Aleksandar Soliç, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Zeynal Zeynalov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
19 mart. Lənkəran şəhər mərkəzi stadionu. 9000 tamaşaçı.
 
Qeyd edək ki, turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı: Simurq – Turan – 1:1, Kəpəz – Sumqayıt – 4:1, Qarabağa – Qəbələ - 1:1, İnter – Neftçi – 1:2, Rəvan – AZAL – 2:0.
 
1
24
17
1
6
48-22
52
 
2
24
14
6
4
23-12
48
 
3
24
13
6
5
29-15
45
 
4
24
13
5
6
33-21
44
 
5
24
11
6
7
32-25
39
 
6
24
11
5
8
28-23
38
 
 
7
24
8
7
9
26-29
31
 
8
24
8
5
11
35-40
29
 
9
24
7
5
12
31-40
26
 
10
24
5
6
13
20-36
21
 
11
24
4
3
17
17-34
15
 
12
24
4
3
17
17-42
15
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.